"Araz-Naxçıvan" futbol komandası daha bir yoxlama oyunu keçirəcək.


Rekord.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.


Andrey Demçenkonun baş məşqçisi olduğu kollektiv yanvarın 18-də 1-ci Liqada iştirak edən "Zaqatala" ilə qarşılaşacaq.


Oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.


Qeyd edək ki, daha əvvəl "Qəbələ"yə minimal hesabla uduzan "Araz-Naxçıvan" klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.