
“Araz-Naxçıvan” Coşqun Diniyevi transfer etdi
- 18:40
- 37
“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.
Azərbaycan millisinin də formasını geyinən Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.