Gözlənildiyi kimi, "Araz Naxçıvan"ın Türkiyədə təlim-məşq toplanışı baş tutmayıb.

Rekord.az xəbər verir ki, büdcəyə qənaət etmək qərarına gələn Naxçıvan təmsilçisi toplanışı Bakıda keçirməyə qərar verib.

Bu gün Bakıya gələcək komanda 2 həftə ərzində paytaxtda olacaq və ən azı dörd yoxlama oyununda qüvvəsini sınayacaq