"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


Naxçıvan təmsilçisi Jan Peruzzo ilə müqavilə imzalayıb.


Təcrübəli futzalçının son iş yeri Braziliyanın “San Migel” klubu olub.