Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bursaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Araz da bu görüşün iştirakçısı olub. O, matçın 37-ci dəqiqəsində meydana buraxılıb. Komandasının 50 və 87-ci dəqiqələrdə vurduğu hər iki qolun məhsuldar ötürməsini də Abdullayev verib.

24 oyundan sonra hesabında 29 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.