
Anton Krivotsyuk Azərbaycan millisinə dəvət aldı
- 12 Sen 2022 20:15
- 453
Polşanın “Visla” (Plotsk) klubunun müdafiəçisi Anton Krivotsyuk Azərbaycan millisinə dəvət alıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun sentyabrın 18-dən 25-nə qədər Azərbaycan yığmasının düşərgəsində olacağı diqqətə çatdırılıb. Krivotsyukun UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiya və Qazaxıstanla oyunlarda iştirak hüququ qazandığı bildirilib.
Xatırladaq ki, yığmamız sentyabrın 22-də Trnavada Slovakiyanın qonağı olacaq, ayın 25-də isə Bakıda Qazaxıstanı sınağa çəkəcək.