Fransa millisinin və London "Arsenal"ının sabiq hücumçusu Tyerri Anri PSJ-nin forvardı Kilian Mbappeni "Mançester Siti"nin hücumçusu Erlinq Holanddan üstün saydığını açıqlayıb.

Rekord.az xəbər verir ki, RMC Sport onun dediklərini belə çatdırıb:

"Mbappe həm qol epizodları yaradır, həm də rəqib qapılarına yol tapır. Holand isə heç nə yaratmır. O, yalnız hücumları tamamlayır. Mbappe sağ və sol cinahlarda, eləcədə də mərkəz hücumçusu mövqeyində eyni səviyyədə çıxış edir. Erlinq isə yalnız mərkəzdə sözünü deməyi bacarır. Əlbəttə, Holand möcüzəvi futboçudur və "Mançester Siti" onunla Çempionlar Liqasının qazana bilər. Ancaq mən yenə də əvvəlkitək Mbappeni üstün sayıram".

Xatırladaq ki, Mabppe ÇL-in ilk turunda komandasının "Yuventus" üzərində qazandığı qələbəyə (2:1) dublla töhfə verib. Bu turnir çərçivəsində reallaşan "Sevilya" - "Mançester Siti" duelində isə (0:4) Holand dublla yadda qalıb.