Leandro Andrade ən azı yaya kimi "Qarabağ"da qalacaq.

Rekord.az xəbər verir ki, ölkə xaricindən futbolçuya yaxşı təkliflər gəlsə də, Ağdam klubu onu satmamaq qərarı verib.

Baxmayaraq ki, Leandroya görə "Qarabağ"a yaxşı pul da təklif olunur. Lakin Qurban Qurbanov futbolçunun mövsümün sonuna kimi qalmasını istəyib.