"Real" baş məşqçisi Karlo Ançelottini uzun müddət klubda saxlamaq niyyətindədir.

Rekord.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Madrid təmsilçisi italiyalı mütəxəssislə müqaviləni uzada bilər.  63 yaşlı məşqçi komandanın futbolçuları tərəfindən hörmətlə qarşılanır. Bundan başqa, "Real"ın prezidenti Florentino Peres də Ançelottinin işindən məmnundur.

"Real" hesab edir ki, Karlo komandaya qüsursuz rəhbərlik edir. Klub bir çox uzunmüddətli idman layihələrində məşqçi ilə məsləhətləşir.

Qeyd edək ki, "Real" 2021-ci ildə Ançelotti ilə 3 illik müqavilə imzalayıb.