“Abşeron Lions” yeni basketbolçu transfer edib.


Rekord.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.


ABŞ-dən olan Ceyms Frazier heyətə cəlb olunub.


30 yaşlı oyunçu daha əvvəl İtaliya, Almaniya, Fransa və Çin kimi ölkələrdə çıxış edib.


O, Türkiyədə "Samsunspor", "Bornova Bələdiyyəspor" və son olaraq "Bandırma Bordo" klublarının uğurları üçün çalışıb.