“Qarabağ”ın futbolçusu Riçard Almeyda Braziliyadakı dostlarından ona klub axtarmağı xahiş edib.

Rekord.az-a bununla bağlı məlumat daxil olub.

İş ondadır ki, braziliyalının Ağdam klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Lakin may ayı olmasına baxmayaraq, klubdan futbolçuya hələ də yeni müqavilə təklif olunmayıb. Burdan da belə qənaətə gəlmək olur ki, böyük ehtimalla Qurban Qurbanovun bundan sonrakı planlarında Almeydaya yer yoxdur. 34 yaşlı futbolçu da bu səbəbdən indidən özünə yeni klub axtarmağa məcbur olub.