Almaniyalı futbolçu DÇ-nin növbəti oyunlarını buraxacaq
- 22 İyn 2026 19:40
- 103
Almaniya millisinin futbolçusu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq.
Rekord.az xəbər verir ki, 26 yaşlı müdafiəçiyə sol topuğunda bağ yırtığı diaqnozu qoyulub.
O, ən azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, oyunçu Fildişi Sahilini məğlub etdikləri E qrupunun II turunun matçında zədə alıb. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.