Almaniya çempionundan növbəti transfer
- 14 İyn 2022 11:30
- 437
Almaniyanın “Bayern” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisi "Ayaks"dan Rayan Qravenberxi alıb.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.
Qravenberx ötən mövsüm Erediviziyada 30 oyunda 2 qol vurub.