“Albasete” İsrafilovu millimizə buraxmadı
- 12 Noy 2019 15:20
- 743
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, İspaniyanın “Albasete” klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə millinin heyətinə “Zirə” klubundan Elvin Camalov çağırılıb.
İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada “Albasete” klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.
Məsələ ilə bağlı AFFA tərəfindən FİFA-ya müvafiq qaydada məlumat verilib.
İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.
Noyabrın 16-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da start götürəcək.