"Real"ın avstriyalı müdafiəçisi David Alaba Çempionlar Liqasında "Çelsi"yə qarşı keçirəcəkləri oyun öncəsi hədəflərini açıqlayıb.

Rekord.az xəbər verir ki, UEFA-nın rəsmi açıqlamasında Alaba bunları deyib: "Bu oyunda uğur qazanmağımız bir sıra faktorlardan asılı olacaq. Çünki bu, xüsusi bir matçdır. Çempionlar Liqasının böyük tarixi var. Bütün diqqətimizi hədəfimizə cəmləmişik. Əksəriyyət "Real"ı favorit sayır, amma biz bu barədə düşünmürük. Əsas hədəfimiz yarımfinala çıxmaqdır və uğur qazanmağa çalışacayıq".