Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Ağsu şəhər 3 saylı tam orta məktəbin idman zalında "İdman hamı üçün!" layihəsi çərçivəsində "Taekvondo hamı üçün!"  devizi altında məşğələ  keçirilib.

Rekord.az xəbər verir ki, məşğələ məşqçi-müəllim Vüqar Kərimovun rəhbərliyi altında keçirilib.

Tədbirin  keçirilməsində əsas məqsəd rayonda yeniyetmə və gəncləri  taekvondo idman növünə həvəsləndirmək, asudə vaxtın səmərəli təşkili, həmçinin sağlam həyat tərzinin təbliğidir.