
"Ağstafa Gəncləri" futbolçu axtarışına çıxdı, elan verdi
- 11 Avq 2025 12:00
- 201
Ağstafa Gəncləri FK, qarşıdakı II Liqa mövsümündə heyətini gücləndirmək məqsədilə təcrübəli və oyuna töhfə verə biləcək futbolçular axtarır.
Rekord.az xəbər verir ki, özünə güvənən, yüksək oyun intizamına sahib və futbol sahəsində təcrübəsi olan idmançılar yoxlanış mərhələsində iştirak etmək üçün kluba dəvət olunur.
Bu haqda məlumat klubun sosial şəbəkə hesabında yerləşdirilib.