Yanvarın 24-də Afrika Millətlər Kubokunun qrup mərhələsinin son oyunları keçirilib.

Rekord.az xəbər verir ki, matçlardan sonra pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Kamerun, Seneqal, Anqola, Mavritaniya, Qvineya, Burkina-Faso, Ekvatorial Qvineya, Nigeriya, Kabo-Verde, Mərakeş, Mali, Cənubi Afrika, Misir, Mərakeş, Konqo Demokratik Respublikası və Fil Dişi Sahili komandaları növbəti mərhələyə yüksəliblər.

Yanvarın 27-də pley-off mərhələsi başlayır.

1/8 final mərhələsinin cütlükləri aşağıdakı kimidir:

Nigeriya - Kamerun
Anqola - Namibiya
Kabo-Verde - Mavritaniya
Mərakeş - Cənubi Afrika
Mali - Burkina Faso
Seneqal - Fil Dişi Sahili
Misir - Konqo Demokratik Respublikası
Ekvatorial Qvineya - Qvineya