Yunanıstanlı hakim Kiros Vassaras ötən il Bakıya gəlmişdi. Gəldi  və azərbaycanlı hakimlərin nəzəri biliklərini artırmaq üçün seminar keçib getdi. Bu seminarın hər günü üçün isə AFFA yunan hakimə 2500 avro ödədi. Bu isə o deməkdir ki, Vassaras iki günlük seminar üçün bizim federasiyadan 5 min avro, yəni 10 min manat qonorar alıb.

Rekord.az-a daxil olan məlumata görə, AFFA yunan referini yenidən Bakıya dəvət etmək istəyir.

Rüsvayçı gündə olan hakimlərimizə yenidən seminar keçmək üçün. Daxil olan məlumata görə, bu dəfəki seminarın 2 yox, 3 günlük olması planlaşdırılır. Bu isə Vassarasa 7500 avro ödənilməsi anlamına gəlir. AFFA seminarı iyun ayının ortalarında reallaşdırmaq istəyir.