Bir vaxtlar I Divizionda mübarizə aparan “Şuşa” komandası yenidən fəaliyyətini bərpa edib I Divizionda mübarizə aparmaq istəyir.

Rekord.az-a daxil olan məlumata görə, komanda rəhbərliyi bunun üçün sponsor da tapıblar, iştirakla bağlı AFFA-ya müraciət də olunub.

Lakin sponsorun kimliyi ilə maraqlanan federasiya daha sonra komandanın istəyinə mənfi reakdiya verib. Dəqiq səbəb açıqlanmasa da, müəyyən tələblər ortaya atılmaqla süni maneələr yaradılıb. Etibarlı mənbədəmn saytımıza daxil olan məlumata görə, buna səbəb sponsorun Türkiyədən olan türk iş adamının olmasıdır. AFFA həmin şəxsi və şirkəti tanımadığı üçün onların sponsor olduğu komandanı I Diviziona buraxa bilməyəcəyini bildirib.