
AFFA rəsmisi Avropa çempionatına təyinat aldı
- 03 May 2022 16:20
- 477
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, Hacı-Məhərrəmov 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.
O, qrup mərhələsinin 6, həmçinin 1/4, yarımfinal və final oyunlarında iş başında olacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 16 may - 1 iyunda İsraildə təşkil olunacaq.