Bu gün – avqustun 25-də Türkiyənin İstanbul şəhərində UEFA Çempionlar Liqası turnirinin 2022/2023-cü illər mövsümünün qrup mərhələsinin püşkatma mərasimi və Avropa klub futbolu mövsümünün başlanması ilə bağlı tədbir keçiriləcək.

Rekord.az xəbər verir ki, UEFA-nın dəvəti əsasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev d bu tədbirlərdə iştirak edəcək.