Daha öncə "Region Liqası"nda qalib olan komandaya və eləcə də mükafatçılara AFFA tərəfindən pul mükafatları verilirdi.

Lakin Rekord.az xəbər verir ki, cari mövsüm hələlik bununla bağlı hansısa qərar yoxdur.

AFFA bu dəfəki çempionatın qalibinə və mükafatçılarına pul vermək istəmir. Səbəb isə komandalara federasiya tərəfindən təmənnasız top və formaların paylanmasıdır. Son zamanlar bəzi komandalar ciddi maddi sıxıntı çəkdiyindən AFFA-nın onlara yol pulu məsələsində də kömək edəcəyi gözlənilir. Məhz bunları nəzərə alan AFFA əlavə olaraq mükafat fondu təsis etməyi düşünmür.