AFFA razılıq verdi, qazinin rəhbər olduğu komanda ölkə çempionatına buraxıldı
- 28 İyl 2026 12:00
- 161
"Polad 2024" klubu yeni mövsümdən Azərbaycan çempionatında təmsil olunacaq.
Rekord.az xəbər verir ki, qazi-komutan, I və II Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı Zahir Həsənovun rəhbərlik etdiyi klubun U-16 komandası AFFA-nın bayrağı altında keçirilən Azərbaycan çempionatında iştirak edəcək.
Bununla bağlı AFFA-ya ünvanlanan məktuba müsbət cavab gəlib. "Polad 2024" ev oyunlarını "Socar Polimer Stadium"un ehtiyat meydançasında keçirəcək.