Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç yanvarda başa çatacaq müqaviləsini yeniləmək istəyir. Yəni hazırkı şərtlər altında ölkəmizdə qalıb işləməyin tərəfdarıdır. Əslində onu da başa düşmək olar. Çox yaxşı qazanır, komfortlu həyat sürür. Özü də gözəl başa düşür ki, Serbiyada bu qədər pulu ona verən olmayacaq.

Lakin Rekord.az xəbər verir ki, hər şey heç də Obradoviçin istəyi ilə reallaşmayacaq.

Belə ki, ötən gün onunla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş baş tutub. Məmmədov bildirib ki, əgər U-21 noyabrda qrupun son matçı çərçivəsində İsveçrəyə qarşı uğurlu nəticəyə imza atsa, böyük ehtimal onunla yeni müqavilə bağlanacaq. Əks halda yeni müqavilə çətin görünür. Bir sözlə, Obradoviç hazırkı işində qalmaq istəyirsə, İsveçrəyə uduzmamalıdır. 

Qeyd edək ki, serbiyalı məşqçinin aylıəq maaşının 20 min avro olduğu deyilir.