
AFFA nümayəndəsi Şamaxıda bu dəfə bu plakatı yığışdırdı FOTO
- 17 Apr 2023 10:00
- 620
Dünən Şamaxıda oynanılan Misli Premyer Liqasının 30-cu turunun "Şamaxı" - "Sumqayıt" matçında xoş olmayan mənzərə yaşanıb.
Rekord.az xəbər verir ki, qarşılaşmanın AFFA nümayəndəsi İlham Əliyev polislərə müraciət edərək, "Şamaxı" azarkeşlərinin açdığı plakatın yığışdırılmasını tələb etdi.
Plakatda isə hansısa söyüşdən, təhqirdən, qeyri-etik ifadədən söhbət gedə bilməz. Sadəcə, Azərbaycanda yerli futbolçuların yoxluğunu deyənlərə yönəlik maraqlı bir mesaj var idi, hansı ki, bu cür plakatlar, mesajlar, oyunlara gözəllik qatır. Bu gözəlliyi futboldan məhrum etmək olmaz, cənablar.
Qeyd edək ki, bir müddət bundan öncə Şamaxıda açılan başqa bir plakat da oyunun AFFA nümayəndəsi tərəfindən yığışdırılmışdı.