Fevralın 27-də və 28-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində UEFA-nın “Klubların  Lisenziyalaşdırılması və Maliyyə Feyr Pley”i mövzusuna həsr olunmuş regional seminarı keçiriləcək.

Rekord.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak edəcəyi seminarda klubların lisenziyalaşdırılması və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunacaq.