
AFFA-nın süni örtük "bazarı" Naxçıvana da ayaq açdı
- 14 Apr 2023 17:00
- 477
Növbəti mövsümdən Premyer Liqada oynamağa iddialı olan "Araz Naxçıvan" stadionla bağlı tələbləri yerinə yetirməklə məşğuldur.
Rekord.az xəbər verir ki, əsas məsələlərdən biri də stadionla bağlıdır.
Naxçıvan stadionunun qazonu dəyişdiriləcək. Lakin çox böyük təəssüflə qeyd etməliyik ki, yeni qazon süni örtüklü olacaq. Hətta deyilənə görə, Naxçıvan klubunun rəhbərliyi bu məsələ ilə bağlı AFFA ilə məsləhətləşmələr aparıblar və süni örtüyü salacaq şirkət də məhz federasyaya yaxın şirkətdir. Hansı ki, ölkədə əksər süni örtükləri məhz həmin şirkət salıb. Görünən budur ki, AFFA-nın süni örtük "bazar"ı Naxçıvana da ayaq açdı.