Növbəti mövsüm üçün I Divizionda komanda sayını artırmağı düşünən AFFA "Region Liqası"ndan bəzi komandaları diviziona gətirməyi düşünür.

Rekord.az xəbər verir ki, bu mənada 3 komandanın şansı daha çoxdur.

Söhbət "Füzuli", "Qusar" və "Karvan"dan gedir. Xüsusilə stadionu və bazası olan "Karvan"ın şansı daha çoxdur. Ümumilikdə isə bununla bağlı qərarlar yayda veriləcək.