
AFFA-nın əməkdaşı UEFA-nın seminarına qatılıb
- 16 Yan 2024 18:15
- 489
AFFA-nın əməkdaşı, Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov UEFA-nın seminarına qatılıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.
Avropa futbol qurumu təşkilata üzv olan ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminar keçirir.