AFFA I Diviziona gətirdiyi "Mingəçevir"də də müşahidə şurası yaradacaq.

Rekord.az xəbər verir ki, federasiya öz nəzarətində olan digər klublarda olduğu kimi, burada da eyni qaydaları tətbiq edəcək.

Müşahidə Şurasının sədri isə böyük ehtimalla sabiq hakim, hazırda oyunlara hakim-inspektor kimi təyinat alan Rövşən Əhmədov olacaq. Bütün bu məsələlərə may ayının sonuna kimi aydınlıq gəlməlidir.