Region Liqasının II Play Off Mərhələsinin ilk oyununda, "Füzuli" komandası, 17 aprel 2022-ci il tarixində, Horadiz OİK stadionunda, "Xan Lənkəran" komandasını qəbul etməyi planlaşdırsa da, bu, baş tutmayacaq.

Rekord.az xəbər verir ki, AFFA tərəfindən stadionun ot örtüyünün qənaətbəxş olmaması səbəbindən, qəbul edilmədiyindən, oyun yeri dəyişdirilib.

Belə ki, "Füzuli Fk" - "Xan Lənkəran" qarşılaşması 17 aprel, bazar günü, saat 17:00-da, "ASK ARENA"nın əsas meydançasında baş tutacaq!