AFFA Gəncənin ardından daha bir bölgədə hakim yetişdirməyə qərar verib.

Rekord.az-a daxil olan məlumata görə, söhbət Şimal zonasından gedir.

Konkret məkan Qusar rayonu olacaq. AFFA bu işləri görməyi hazırda da hakimlik edən Alik Yunusova tapşırıb. Məqsəd Qusar və ətraf rayonlarda hakimliyə həvəsi olan gəncləri bu sahəyə cəlv etmək, onları hakim kimi yetişdirməkdi.