
AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi
- 05 İyl 2022 13:44
- 716
AFFA Gəncə şəhər stadionunda iki təbii örtüklü məşq meydançasına avadanlıqların alınmasına görə tender elan edib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.
Müddət iyulun 18-də saat 17:00-da başa çatacaq.
Xatırladaq ki, Gəncə şəhər stadionunda 2 ədəd təbii örtüklü məşq meydanının inşası davam edir.