Xəbər verdiyimiz kimi, I Divizionda mübarizə aparan və AFFA-dan maliyyələşən "Mingəçevir", "İmişli" və "Zaqatala"da maaşlar hələ də ödənməyib.

Rekord.az-a daxil olan məlumata görə, federasiya keçən həftəyə söz versə də, sözünə əməl etməyib.

Deyilənə görə, bu həftə maaşların köçürüləcəyinə dair söz verilib. Komandalar səbirsizliklə gözləyir.