
AFFA-da maliyyə menecerləri üçün seminar
- 18 Apr 2023 17:15
- 450
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın İT Tool proqramına həsr olunmuş seminar təşkil olunub.
Rekord.az xəbər verir ki, seminarda UEFA-nın maliyyə dayanıqlığı üzrə qaydaları müzakirə olunub və klub nümayəndələri 2022-ci maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.