AFFA bu şəhərdə hakimlik kursu açacaq
- 20 Yan 2026 11:00
- 216
AFFA Gəncədə hakimlik kursu açmağı planlaşdırır.
Rekord.az xəbər verir ki, bununla bağlı ilkin qərar qəbul olunub və bu iş hakimlər komitəsinə tapşırılıb.
Məqsəd bölgələrədə yeni futbol hakimlərinin yetişdirilməsidir. Məktəbin "Kəpəz" Futbol Akademiyasının ərazisində fəaliyyət göstərəcəyi gözlənilir. Buraya Gəncə və ətraf bölgələrdən hakimlik həvəsi olan gənclər cəlb olunacaq.