AFFA bu komandanı çempionata buraxmadı, narazılıq yarandı
- 24 Okt 2024 11:00
- 404
Daha bir komanda AFFA-dan narazıdır.
Rekord.az xəbər verir ki, söhbət Corat kəndini təmsil edən "Cürət" komandasından gedir.
Bu komanda ötən mövsüm "Region Liqası"nda çıxış edib. Lakin AFFA bu mövsüm üçün bu komandanı sözügedən yarışa buraxmaq istəmir. Klubun təsisçisi və baş məşqçisi Məmmədəli Qəniyev məsələ ilə bağlı AFFA-nın prezidenti Rövşən Nəcəfə məktub da ünvanlayıb. Bundan başqa, icraçı vitse-prezident Sərxan Hacıyevlə də görüşmək istəyir.