
AFFA bu bölgə stadionuna sponsor axtarır
- 08 Mar 2023 15:00
- 768
AFFA balansında olan dahan bir stadiona sponsor axtarır.
Rekord.az xəbər verir ki, söhbət Şamaxı şəhər stadionundan gedir.
Federasiya bu stadiona yeni sponsor tapmaqla stadiona yeni sponsorun adının verilməsini təmin etmək istəyir, həm də xərcləri azaltmağı düşünür.
Qeyd edək ki, federasiya son hesabatında Şamaxı stadionuna il ərzində 255 256 manat xərclədiyini açıqlamışdı.