AFFA bölgələri də futzala cəlb etmək istəyir
- 14 Apr 2023 18:00
- 425
Azərbaycan Futzal Federasiyası AFFA qarşısında yeni təkliflə çıxış edib.
Rekord.az xəbər verir ki, əsas təklif federasiyadan müəyyən maliyyə ayırılması ilə bölgələri də futzal çempionatına cəlb etməkdir.
Futza federasiyası ilk növbədə növəti mövsüm üçün Sumqayıt və Gəncənin futzal elitasında təmsil olunmasını istəyir. Əldə etdiyimiz məlumta görə, AFFA prezidenti Rövnəq Abdullayev bu məsələyə müsbət yanaşıb və proqram hazırlamaq üçün baş katib Sərxan Hacıyevə tapşırıq verib. Ona futza federasiyasının prezidenti Zaur Axundovla görüşərək proqramı birlikdə hazırlamaq tapşırılıb.