
ACF tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10 mini keçib
- 16:40
- 48
Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10 mini keçib.
Rekord.az xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidməti məlumat yayıb.
2022-ci ildən etibarən Bakı və regionlarda 120 idman zalına federasiya tərəfindən 10 mindən çox tatami paylanılıb, 2 mindən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.
Qeyd edək ki, 2022-2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və Qaxda cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.