Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Rekord.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb.

1/16 final mərhələsində finlandiyalı Yere Niemelainenə (Finlandiya) qalib gələn boksçumuz bu dəfə sloveniyalı Nik Nikolovla üz-üzə gəlib. Görüş Qurbanovun qələbəsi ilə başa çatıb. O, rəqibini 3:0 (29:27, 29:27, 28:28, 29:27, 28:28) hesabı ilə məğlub edib.

İdmançımız 1/4 finalda İqor Kovtunla (Ukrayna) qarşılaşacaq. Döyüş martın 19-da baş tutacaq.

Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu – Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaq.

Avropa çempionatında final döyüşləri martın 23-də olacaq.