
AÇ-2025 bu ölkədə keçiriləcək
- 04 Apr 2023 23:41
- 359
Qadın futbolçular arasında 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı bəlli olub.
Rekord.az xəbər verir ki, qitə birinciliyi İsveçrədə keçiriləcək.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda baş tutan iclasında qəbul edilib.
16 komandanın iştirak edəcəyi Avropa çempionatı 2025-ci ilin yayında İsveçrənin səkkiz məkanında təşkil olunacaq.