AÇ-2020-nin qrup mərhələsinin təqvimi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan püşkatma mərasimində qrupların tərkibi ilə yanaşı, komandaların “nömrələri” də bəlli olub. Bu da təqvimin müəyyənləşməsinə şərait yaradıb.

Oyunları Bakı və Romada keçiriləcək A qrupunun ilk görüşü iyunun 12-də İtaliya paytaxtında baş tutacaq. Həmin qarşılaşmada meydan sahibləri Türkiyəni sınağa çəkəcək.

Bakı Olimpiya Stadionundakı ilk görüşdə iyunun 13-də İsveçrə və Uels yığmaları qarşılaşacaq. Ayın 17-də Türkiyə - Uels, 21-də Türkiyə - İsveçrə görüşləri baş tutacaq.

AÇ-2020
Qrup mərhələsi

12 iyun

A qrupu. Türkiyə - İtaliya. Roma, "Olimpiko" stadionu

13 iyun

A qrupu: Uels - İsveçrə. Bakı Olimpiya Stadionu
B qrupu. Danimarka - Finlandiya. Kopenhagen. "Parken" stadionu
B qrupu. Belçika - Rusiya. Sankt-Peterburq. "Krestovski" stadionu

14 iyun

C qrupu. Niderland - Ukrayna. Amsterdam. "Yohan Kroyf Arena"
C qrupu. Avstriya - D Liqasının qalibi. Buxarest, "Nasyonal Arena"
D qrupu. İngiltərə - Xorvatiya. London, "Uembli" stadionu

15 iyun

D qrupu. C Liqasının qalibi - Çexiya. Qlazqo, "Hempden Park"
E qrupu. İspaniya - İsveç. Bilbao. "San Mames" stadionu
E qrupu. Polşa - B Liqasının qalibi. Dublin. "Aviva" stadionu

16 iyun

F qrupu. A Liqasının qalibi - Portuqaliya. Budapeşt. "Puşkaş Arena"
F qrupu. Fransa - Almaniya. Münhen. "Alyans Arena"

17 iyun

A qrupu. Türkiyə - Uels. Bakı Olimpiya Stadionu
A qrupu. İtaliya - İsveçrə. Roma, "Olimpiko" stadionu
B qrupu. Finlandiya - Rusiya. Sankt-Peterburq. "Krestovski" stadionu

18 iyun

B qrupu. Danimarka - Belçika. Kopenhagen. "Parken" stadionu
C qrupu. Niderland - Avstriya. Amsterdam, "Yohan Kroyf Arena"
C qrupu. Ukrayna - D Liqasının qalibi. Buxarest. "Nasyonal Arena"

19 iyun

D qrupu. Xorvatiya - Çexiya. Qlazqo, "Hempden Park"
D qrupu. İngiltərə - C Liqasının qalibi. London, "Uembli" stadionu
E qrupu. İsveç - B Liqasının qalibi. Dublin. "Aviva" stadionu

20 iyun

E qrupu. İspaniya - Polşa. Bilbao. "San Mames" stadionu
F qrupu. A Liqasının qalibi - Fransa. Budapeşt. "Puşkaş Arena"
F qrupu. Almaniya - Portuqaliya. Münhen. "Alyans Arena"

21 iyun

A qrupu. İsveçrə - Türkiyə. Bakı Olimpiya Stadionu
A qrupu. İtaliya - Uels. Roma, "Olimpiko" stadionu

22 iyun

B qrupu. Danimarka - Rusiya. Kopenhagen. "Parken" stadionu
B qrupu. Finlandiya - Belçika. Sankt-Peterburq. "Krestovski" stadionu
C qrupu. Niderland - D Liqasının qalibi. Amsterdam, "Yohan Kroyf Arena"
C qrupu. Avstriya - Ukrayna. Buxarest. "Nasyonal Arena"

23 iyun

D qrupu. Xorvatiya - C Liqasının qalibi. Qlazqo. "Hempden Park"
D qrupu. İngiltərə - Çexiya. London. "Uembli" stadionu

24 iyun

E qrupu. B Liqasının qalibi - İspaniya. Bilbao. "San Mames" stadionu
E qrupu. İsveç - Polşa. Dublin. Aviva stadionu
F qrupu. Portuqaliya - Fransa. Budapeşt. "Puşkaş Arena"
F qrupu. Almaniya - A Liqasının qalibi. Münhen. "Alyans Arena"