
ABF rəsmiləri millinin məşqçiləri və hakimlərlə görüşdü
- 01 Avq 2025 16:20
- 53
Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri və hakimlərlə görüşüb.
Rekord.az xəbər verir ki, görüşdə milli komandaların ilin əvvəlindən bu günədək iştirak etdiyi yarışlar, göstərdiyi nəticələr, qarşıdakı turnirlər müzakirə olunub.
Məşqçilər heyətlərinin hesabatları dinlənilib, yarışların sayının artırılması qərara alınıb. Avropa birinciliyində məktəbli boksçuların tarixi uğuru və rekordları da xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq boksunun daha da inkişafı üçün bu ildən kadetlər arasında Azərbaycan Kuboku keçiriləcək.
Bundan əlavə, hakimlərimlərin beynəlxalq dərəcələrinin artırılması, yarışlarda iştirakı da müzakirə mövzusu olub.
Yekunda tapşırıq və tövsiyələr verilib, uğurların artırılması üçün lazımi şəraitin yaradılacağı vurğulanıb.