Azərbaycan Boks Federasiyasının (ABF) Hakimlər Komitəsi referilər üçün növbəti seminar təşkil edib.

Rekord.az xəbər verir ki, yeniyetmə boksçuların Bakı birinciliyinin startından başlayan təlim yarışın final günündə – oktyabrın 14-də başa çatacaq.

Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev tərəfindən keçirilən seminarda 16 ədalət təmsilçisi iştirak edir. Referilərə müxtəlif nəzəri və praktiki məsələlər barədə lazımı məlumatları verilib, hakimlərin döyüşlərin gedişində əsas nəyə diqqət yetirmələrini izah edilib.
Hər il olduğu kimi, bu dəfə də yarışa yeni hakim cəlb edilib. Bu, yeniyetmələr arasında Avropa çempionu olan Şəmil İbrahimzadədir. 

Qeyd edək ki, Bakı birinciliyi oktyabrın 10-da start götürüb.