
8 boksçumuz beynəlxalq turnirin 1/4 finalında!
- 14:30
- 37
Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turniri davam edir.
Rekord.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 8 idmançısı qələbə qazanıb.
48 kq, 52 kq, 54 kq, 57 kq və 75 kq rəqiblərini məğlub edən boksçularımız 1/4 finala yüksəliblər.
Bakı Boks Mərkəzində keçirilən turnirin üçüncü günündə oğlanlar arasında 28, qızlarda 6 döyüş olacaq.
1/8 final
48 kq
Hüseyn Quliyev (Azərbaycan) – Casurbek Mahmudjonov (Özbəkistan-2) – 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27)
52 kq
Yusif Əliyev (Azərbaycan) – Aslan Jenispayev (Qazaxıstan) – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29)
Tunar Mehdiyev (Azərbaycan) – Rəhman Hüseynli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
54 kq
Sadiq Musayev (Azərbaycan) – Məhəmməd Əliyev (Rusiya) – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27)
57 kq
Yusif Həsənli (Azərbaycan) – Sunnatullo Bakoyev (Özbəkistan-2) – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27)
Əflatun İsmiyev (Azərbaycan) – Abdurahmon Murtazayev (Özbəkistan-2) – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30)
75 kq
Hüseyn Vahabov (Azərbaycan) – Şahəddin Həsənli (Azərbaycan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
İbrahim Veysioğlu (Türkiyə) – Turqay Abbasov (Azərbaycan) – 0:5 (29:28, 29:28, 30:27, 29:28, 29:28)
Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.