
18 yaşlı futbolçu "Barselona"da qalır
- 14 Sen 2022 16:00
- 406
"Barselona"da yeni müqavilə qeydə alınacaq.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi Gavinin sözləşməsinin müddətini uzadacaq.
18 yaşlı futbolçu ilə bütün şərtlər razılaşdırılıb.
Yaxın günlərdə İspaniya millisinin üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
"Barselona" gənc oyunçunun sərbəstqalma məbləğini 1 milyard avro olaraq müəyyənləşdirib. Futbolçunun maaşı da artırılacaq.
Qavi "Barselona"nın yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 52 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.