Boks üzrə Azərbaycan çempionatı davam edir.


Rekord.az xəbər verir ki, yarışın 3-cü günündə son 3 çəkidə 1/8 final mərhələsinin döyüşləri keçirilib.


24 görüşün yekununa əsasən, 60 kq, 65 kq və 80 kq çəki dərəcələrində də 1/4 finala vəsiqə qazanan boksçular müəyyənləşib. Təcrübəli idmançılardan Məhəmmədəli Aşırəliyev, Ruslan Qədirov, Elbrus Adıgözəlov, Ruslan Rüstəmov, Ümid Rüstəmov, Məhəmmədəli Qasımzadə, Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov və Murad Allahverdiyev çıxışlarını qələbə ilə başa vurublar.


Çempionatın 4-cü günündə 23 görüş olacaq. Döyüşlər Boks Mərkəzində keçirilir.


Azərbaycan çempionatı

24 yanvar


60 kq


Məhəmmədəli Aşırəliyev (“Neftçi” İK) – Ceyhun Məmmədov (Qusar) – 5:0


Əli Miriyev (“Roman” İK) – Ruslan Qədirov (“Abşeron” İK) – ikinci rəqibi ikinci raundda döyüşdən imtina etdiyi üçün qalib elan olunub


Elbrus Adıgözəlov (DİN İC) – Vurğun Kazımov (Astara) – birinci ikinci raundda tam üstünlüklə qalib gəlib


Fazil Pənəhov (“Qızıl əlcək” İK) – Nağı Nəsibov (“Neftçi” İK) – ikinci ikinci raundda tam üstünlüklə qalib gəlib


Murad Hənifəzadə (KNOUT) – Tayfur Əliyev (“Neftçi” İK) – ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib


Murad Ocaqquliyev (Gəncə) – Ruslan Rüstəmov (MOİK) – 0:5


Ümid Rüstəmov (DİN İC) – Nadir Məlikov (Sumqayıt) – ikinci zədələndiyi üçün həkimlər döyüşü saxlayıb, birinci qalib elan olunub


Nicat Kazımov (“Roman” İK) – Məhəmmədəli Qasımzadə (“Dəmir Yumruq” BİK) – 0:5


65 kq


Maqsud Xasmetov (“Abşeron” İK) – Muxtar Umayev (Quba) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib


Cəfər Nəcəfli (KNOUT) – İbrahim Cəfərov (“Roman” İK) – birinci ikinci raundda nokautla qalib gəlib


Ömər Süleymanov (“Roman” İK) – Abbas Nəcəfli (Gəncə) – ikinci birinci raundda tam üstünlüklə qalib gəlib


Əhməd Əhmədov (“Roman” İK) – Əli Abdullayev (“Zabit Səmədov” DM) – 0:5


Malik Həsənov (“Neftçi” İK) – Murad Sərdarlı (AHİTA) – ikinci döyüşə gəlməyib


Ruslan Bayramov (“Neftçi” İK) – Seyidağa Nağıyev (“Səbail” İK) – 5:0


Murad Mirzəbəyov (Qusar) – Zaur Qəhrəmanov (DİN İC) – ikinci birinci raundda tam üstünlüklə qalib gəlib


Cəlal Qurbanov (MOİK) – Özcan Rəsulzadə (Sumqayıt) – 5:0


80 kq


Murad Allahverdiyev (“Neftçi” İK) – Azər Əbilhəsənov (DİN İC) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib


Hacımurad Aşurov (“Qızıl əlcək” İK) – Elvin Quliyev (Naxçıvan MR) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib


Mehdi Ağayev (AzTU) – Elmar Abdullayev (“Səbail” İK) – ikinci döyüşə gəlməyib


Ayxan Həsənov (FHN İK) – Aydın Dadaşov (Sumqayıt) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib


Elmir İsmayılov (“Qızıl əlcək” İK) – Rusif Quliyev (RKİM) – 5:0


Zeynatulla Temindarov (G2020 İK) – Həsən Osmanlı (“Qızıl əlcək” İK) – ikinci ilk raundda tam üstünlüklə qalib gəlib


Elvin Qənbərov (“Səbail” İK) – Elxan Əliyev (Gəncə) – ikinci ilk raundda nokautla qalib gəlib


Rza Rzazadə (DİN İC) – Fəqan Məmmədov (MOİK) – 0:5


Qeyd edək ki, 33 komandanın qatıldığı Azərbaycan çempionatına yanvarın 28-də yekun vurulacaq.