“Çelsi”nin yeni baş məşqçisi Qrem Potterin nə qədər qazanacağı məlum olub.

Rekord.az “The Telegraph”a istinadən xəbər verir ki, 47 yaşlı baş məşqçi London klubu ilə müqavilə əsasında 60 milyon funt-sterlinq alacaq. “Zadəganlar” Potterin gedişinə görə əvvəlki klubu “Brayton”a 15 milyon funt-sterlinq ödəyib.

“Çelsi” rəhbərliyi baş məşqçini idman direktoru axtarışına da cəlb edəcək. Londonlular 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı başlamazdan əvvəl idman direktoru tapmaq istəyirlər ki, qış transfer pəncərəsinə hazırlaşmaq üçün vaxtları olsun.

Sentyabrın 8-də “Çelsi” Potterlə 5 illik müqavilə imzaladığını açıqlayıb.